Azərbaycan və Ermənistan XİN başçıları Rusiyada görüşəcəklər?
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvan Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan səfiri Vaqarşak Arutyunyan deyib.
Ermənistanlı diplomat qeyd edib ki, müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşma yoxdur.
“Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Ona görə də burada heç bir problem yoxdur, yalnız texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. Hazırda bu istiqamətdə iş gedir”, - deyə Ermənistanın Rusiya Federasiyasındakı səfiri vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...