Azərbaycan və Ermənistan dövlətçilik tarixində yeni səhifə açdılar

Azərbaycan və Ermənistan dövlətçilik tarixində yeni səhifə açdılar
Video
Siyasət 48

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Almaniyanın bir sıra nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət yetiriblər.

"Die Zeit" nəşrinin yayımladığı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamə imzalamaları xüsusilə diqqət mərkəzində saxlanılıb.

Xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyulması və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib.

Rusiyanın "Lenta.ru" nəşri ABŞ dövlət katibi Marko Rubionun bəyanatına istinadən xəbər verir ki, o, sazişin imzalanmasının Azərbaycan və Ermənistan arasında rəsmi sülh müqaviləsinin başlanğıcı olacağını bildirib. Marko Rubionun sözlərinə görə, ABŞ bu addımı xarici siyasət strategiyasının mühüm elementi kimi təmin etməyə çalışır.

Ətraflı süjetdə:

Son xəbərlər