Azərbaycan və ABŞ qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və ABŞ arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində iki ölkədən olan biznes nümayəndələri ilə görüşdük. Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının prioritetləri, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini qeyd etdik. Biznes əlaqələrinin şaxələndirilməsi üçün mövcud potensial, qarşılıqlı investisiyaların artırılmasının və birgə təşəbbüslərin perspektivləri barədə müzakirələr apardıq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...