Azərbaycan və 3 ölkə "Xəzər - Qara dəniz" nəqliyyat marşrutunun yaradılmasına dair saziş imzalayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn ay Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında saziş imzalanması planlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Daşkənddə keçirilən Transxəzər nəqliyyat dəhlizinin investorları və nəqliyyat əlaqələrinin inkişafı forumunda bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs Xəzər regionu və Avropa İttifaqı arasında yeni multimodal nəqliyyat körpüsü olacaq, giriş marşrutlarını şaxələndirəcək və logistika zəncirlərinin dayanıqlığını gücləndirəcək.
Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işə salınması Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz və səmərəli əlaqəni təmin edəcək, həmçinin bütün marşrutun əməliyyat səmərəliliyini gücləndirəcək.
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb...