“Azərbaycan üçün hücuma keçməyə unikal fürsət yaranıb” - Üzeyir Cəfərov
21
may
2019
11:58
“Bu gün Ermənistanda faktiki olaraq “it yiyəsini tanımır”. Ermənistanın başıpozuq hakimiyyəti arasında ciddi parçalanmalar yaşanır. Prezident Baş nazir Nikol Paşinyandan narazıdır. Ombudsman Baş naziri ölkənin hüquq sistemini pozmaqda günahlandırır”.Bunu BAKU.WS-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.O, Ermənistandakı son prosesləri şərh edərkən qeyd edib ki, bu proseslər fonunda Azərbaycan üçün genişmiqyaslı əməliyyatlar başlamağa unikal fürsət yaranıb:“Mənim şəxsi fikrimcə başlamaq da lazımdır. Azərbaycan Silahlı Qüvvələri çox rahat şəkildə Ermənistanda darmadağın olmuş siyasi hakimiyyətə son zərbəni endirə bilər. Bunun da qarşısını ala bilməzlər. Doğrudur, bəzi qüvvələr narazılıqlar yarada bilər, amma danışıb-danışıb susacaqlar. Burda “Amerika nə deyəcək?”, “Rusiya nə deyəcək?” barədə fikirləşmək lazım deyil. Bəli, bəyanatlar səsləndirəcəklər, hədə-qorxu gələcəklər, amma 2016-cı ildə necə danışıb susdularsa, indi də elə olacaq”.Ekspert Ermənistanın eks-prezidenti Robert Köçəryanın azadlığa buraxılması, onun həbsdə olduğu vaxtda ad günündə Putinin təbrik göndərməsini Rusiyanın faktiki olaraq Paşinyanı dəstəkləmədiyinin göstəricisi olduğunu vurğulayıb:“Köçəryanı həbsə atdırdıqdan sonra Serj Sərkisyana da eyni aqibəti yaşatmaq istəyən, lakin arzusuna çata bilməyən Paşinyan hazırdı başıpozuq şəkildə öz tərəfdarlarını küçələrə axışmağa, məhkəmə sistemlərinin binasını tutmağa çağırıb. Küçə adamı olan Paşinyan, elə küçə təfəkkürü ilə də hərəkət edir.Onu küçədən iqtidara gətirəndə Rusiya da heç nə edə bilmədi. Gah dedilər Qərbin, gah da Şərqin adamı olduğunu dedilər. Paşinyan da bundan istifadə edərək həm Qərblə, həm də Rusiya ilə “oynamağa” başladı. Rusiya hazırda Ermənistanla ehtiyatlı davranır. Silahlı qoşunlarını Ermənistana yeridəsi deyil. Qan su yerinə axar. Amma Köçəryanın azadlığa buraxılması məhz Paşinyan hökumətinə gözdağı idi”.Fərid Ədalət
Oxşar xəbərlər
Azərbaycan torpaqlarını necə qaytaracaq? - Hərbi ekspert danışır
Məlum olduğu kimi, 12 mayda Bişkek protokolu imzalanmasından 25 il ötdü. Müqavilə 20 il üçün nəzərdə tutulsa da, yeni vəziyyət yaranana və yeni saziş imzalanana...