Rusiyalı ekspert: “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər"
08
okt
2018
21:21
Ermənistanda indiki qeyri-sabit vəziyyət kəskin siyasi rəqabət fonundan yenidən ciddi iğtişaşlara səbəb ola bilər.BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, bunu rusiyalı ekspert və publisist Dmitri Verxoturov deyib.Ekspertin sözlərinə görə, Ermənistanın gələcək siyasi kursu və ümumilikdə gələcəyi sual altındadır: "Təbii ki, Qarabağın Ermənistanın tərkibinə qatılmasının tərəfdarları Azərbaycanla danışıqlara istənilən yollarla mane olmağa çalışacaq. Ona görə də təəccüblü deyil ki, Düşənbədəki danışıq cəhdini bu dairələr narahatlıqla qarşılayıb".Ermənistanın hazırkı rəhbərliyi ilə "Qarabağ klanı" arasındakı münaqişədən danışan D.Verxoturov bildirib ki,"Qarabağ klanı" hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var: "Onların ermənilərə nə isə vəd edən ideyaları var. Ona görə də onlar ölkə daxilində reytinqi sürətlə düşən Paşinyandan hakimiyyəti geri ala bilərlər".Ekspert əlavə edib ki, "Qarabağ klanı" Ermənistanda yenidən hakimiyyətə gələ bilər.BAKU.WS
Oxşar xəbərlər
Putin-Əliyev-Paşinyan görüşü gözlənilir?
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakına...