Azərbaycan-Türkiyə-İran görüşünün keçirilməsi müzakirə olunur
07
sen
2020
14:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“İran-Türkiyə-Azərbaycan üçtərəfli görüşünün keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.
“İranla Azərbaycan arasında əlaqələr heç bir sərhəd tanımır. Daha yüksək səviyyəli bir diplomatın Azərbaycana səfir göndərilməsi bu istiqamətdə atılan addımdır”, - o bildirib.
Qeyd edək ki, İranın Azərbaycandakı yeni səfiri Abbas Musəvi əvvəllər İran XİN-də sözçü vəzifəsində işləyib.
Oxşar xəbərlər
İran XİN: Rəsmi Tehran Bakı ilə əlaqələrini inkişaf etdirməkdə qərarlıdır
“Rəsmi Tehran Bakı ilə əlaqələrini inkişaf etdirməkdə qərarlıdır”. BAKU.WS xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə APA-ya a...