Azərbaycan-Türkiyə hərbi-texniki əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA EXPO 2024" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.
Danışıqlar zamanı həmçinin beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq "SAHA EXPO 2024" sərgisinin peşəkarlıqla təşkil oldunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində i...