Azərbaycan–Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 8-9-da Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yeni, strateji mərhələyə keçdiyini göstərib.
Bratislavada Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanması və mərasimdə fəxri qarovul dəstəsinin iştirakı Slovakiyanın Azərbaycana verdiyi xüsusi önəmin göstəricisi olub. Azərbaycan Prezidenti slovakiyalı həmkarı və nümayəndə heyətləri ilə birlikdə "Azadlıq Qapısı" abidəsini və Devin qəsrini ziyarət edib. Bu addım ikitərəfli münasibətlərin tarixi və mədəni aspektlərinin də gücləndirildiyini nümayiş etdirir.
Danışıqların əsas mövzusu enerji təhlükəsizliyi olub. Keçən il ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya tədarükü həyata keçirilib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Slovakiyanın ehtiyaclarına uyğun olaraq istənilən həcmdə enerji resursları ilə təminat imkanına malikdir. Bu əməkdaşlığın davamlılığı Avropanın ümumilikdə enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Növbəti mərhələdə nəqliyyat, müdafiə sənayesi, rəqəmsal inkişaf və "ağıllı kənd" layihələri üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu sahələr üzrə tərəfdaşlıq həm iqtisadi əlaqələrin möhkəmlənməsinə, həm də texnoloji əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Mövzu ilə bağlı daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
İlham Əliyev Keniya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev keniyalı həmkarı Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cən...