Azərbaycan Silahlı Qüvvələrinin 1918-ci ildən müasir dövrə qədər inkişaf yolu

Azərbaycan Silahlı Qüvvələrinin 1918-ci ildən müasir dövrə qədər inkişaf yolu
Siyasət 20

"108 il. Dünya tarixi miqyasında bu rəqəm bəziləri üçün o qədər də böyük görünməyə bilər. Lakin məhz bu müddət ərzində müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri mürəkkəb inkişaf yolu keçərək, təcrübəsi hazırda dünyanın aparıcı hərbi məktəblərində öyrənilən bir orduya çevrilmişdir".

BAKU.WS xəbər verir ki, bu barədə "Caliber" hazırladığı videomaterialda bildirilib.

Qeyd olunub ki, əsası Azərbaycan Demokratik Respublikası hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə general Əliağa Şıxlinskinin komandanlığı altında yaradılmış Əlahiddə Korpusdan başlayan Azərbaycan ordusunun taleyini rəvan adlandırmaq olmaz. ADR-in ilk nizami hərbi hissəsi ilə müasir müzəffər Silahlı Qüvvələri onilliklərlə ölçülən bir boşluq ayırır.

"1918-ci ildə qurulan korpusun ömrü uzun olmadı. Həmin ilin payızında, sentyabrın 15-də Nuru paşanın Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik qüvvələrindən azad etdi və bu tarix milli ordunun ilk döyüş zəfəri kimi yaddaşlara həkk olundu. Ancaq 1920-ci ilin aprelində bolşeviklər müsəlman Şərqindəki ilk demokratik respublikanın və onun silahlı qüvvələrinin varlığına son qoydular", - deyə süjetdə qeyd olunub.

Bu gün Azərbaycan yeni müharibə naminə deyil, əvvəlki müharibənin təkrarlanmasının qarşısını almaq üçün hərbi potensialını artırmağa davam edir. Bu, otuz il əvvəlkindən kökündən fərqli bir vəziyyətdir: bu gün ordumuzun gücü sülhü təmin edir.

Daha ətraflı süjetdə...

Son xəbərlər