Azərbaycan, ŞƏT və regional təhlükəsizlik

Geosiyasi gərginlik, ticarət qarşıdurması, iqlim dəyişikliyi, təhlükəsizlik sahəsində qlobal çağırışlar və son illərdə proksi müharibələri kimi yeni halla səciyyələnən müasir beynəlxalq vəziyyət dövlətlərdən böyük ehtiyatlılıq, regional və beynəlxalq təşkilatlardan daha fəal və sıx əməkdaşlıq tələb edir. Bu kontekstdə əhalinin sayına və ərazisinə görə ən böyük regional birlik olan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) xüsusi rol düşür.
Bu barədə Caliber.az-ın "YouTube" kanalında yayımlanan yeni buraxılışında bəhs edilir.
"Qısaca xatırladaq ki, bu təşkilat 2001-ci ildə yaranıb. Adından da təxmin etmək olar ki, Şanxayda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə yaradılıb. Daha sonra ona Hindistan, Pakistan, İran və Belarus qoşulub.
Və bu gün ŞƏT-ə artıq bir sıra müşahidəçilər və dialoq üzrə tərəfdaşlar, o cümlədən iki qardaş dövlət - Azərbaycan və Türkiyə daxildir. Azərbaycan 2015-ci ildə ŞƏT-də dialoq üzrə tərəfdaş statusu alıb və bir ildən sonra qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edən memorandum imzalanıb. Ötən illər ərzində Azərbaycan təşkilatın tədbirlərində fəal iştirak edib", - deyə materialda bildirilir.
Ətraflı videoda:
Oxşar xəbərlər
Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf edib.O, jurnalistlərə bildirib ki, militarist Yaponi...
