Azərbaycan Serbiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Serbiya hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...