Azərbaycan səfiri və Rusiya XİN müavini AZAL-ın təyyarə qəzasını müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.
Qeyd olunur ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İrəvanda Ermənistan və Gürcüstanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə komissiyalarının görüşü keçirilib. BAKU.WS "Report"a istina...