Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib
Azərbaycandan İrana yola salınan humanitar yardım Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Cənub bürosu məlumat yayıb.
*** 14:20
Azərbaycandan İrana yola salınan növbəti humanitar yardım Azərbaycan-İran sərhədinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, humanitar yardımı daşıyan yük avtomobilləri "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olublar.
*** 09:23
Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.
BAKU.WS xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.
Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.
Oxşar xəbərlər
108 illik şərəf yolu: Azərbaycan Ordusunun ilk paradından bu günədək
Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Bu gücün arxasında 100 ildən artıq şərəfli tarix, qəhrəmanlıq ənənələri və m...