Azərbaycan Prezidentinin Çinə dövlət səfəri - Milli musiqimizin sədası altında rəsmi ziyafət

Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil olunacaq rəsmi ziyafətin menyusu bəlli olub.
BAKU.WS xəbər verir ki, tədbir yüksək protokol çərçivəsində təşkil olunacaq və qonaqlara həm Çin, həm də Azərbaycan mətbəxinə məxsus dadlar təqdim ediləcək. Tədbirdə səsləndiriləcək musiqi nümunələri sırasında "Arşın mal alan" filmindən parçalar, "Ağ yelkən", "Mənim Azərbaycanım", "Bakı", "Sənə də qalmaz", "Nostalji" kimi yaddaqalan əsərlər yer alacaq. Musiqilər Çinin Xalq Azadlıq Ordusunun Hərbi Orkestri tərəfindən, tanınmış dirijor Çjao Çuantszeyin rəhbərliyi ilə ifa olunacaq.
Ziyafətin menyusu zənginliyi və orijinallığı ilə seçilir.
Soyuq başlanğıclar:
-
Toyuq bulyonunda müxtəlif dəniz məhsulları
-
Xırtıldadılmış mal əti dilimləri
-
Ənənəvi Pekin ördəyi
-
Bulyonda bişirilmiş mövsümi tərəvəzlər
-
Safran sousunda bişirilmiş treska balığı
İsti yeməklər və desertlər:
-
Ördək yumurtası və xərçəng əti ilə hazırlanmış əriştə
-
Şirin xurma içlikli forma verilmiş toplar
-
Çiçək formalı kremli tort
-
Mövsümi meyvələr və dondurma
-
Qəhvə və ənənəvi Çin çayı
Qeyd edək ki, ziyafətdə Çin və Azərbaycan musiqilərindən ibarət musiqi proqramı də təqdim olunacaq.
Qalereya

Oxşar xəbərlər
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb
Çin Xalq Respublikasının (ÇXR) mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinə geniş yer ayırıb. BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir...