Azərbaycan prezidenti Ərdoğan və Putinin görüşünə münasibət bildirib

Azərbaycan prezidenti Ərdoğan və Putinin görüşünə münasibət bildirib
Siyasət 88

“Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı Rusiya və Türkiyə prezidentlərinin sentyabrın 29-da Soçidə keçirilən görüşü barədə də danışıb. O bildirib:

“Bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.

Son xəbərlər