Azərbaycan Prezidenti: “Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir”.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: “Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB + TAM MƏTN/VİDEO
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BAKU.WS xəbər verir ki, ölkə başçısı müraciətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl m...