Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib.
"Növbəti ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində olacaq. Fürsətdən istifadə edərək,
Belarusun II MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim.
Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıq və onun keçirilməsində bizim üçün çox faydalı olacaq", - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...