Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, iclas Daşkənddə baş tutub. İclas çərçivəsində KOBİA və Özbəkistan prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Daşkənddə 🇺🇿 və 🇦🇿 arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində #KOBİA və Özbəkistan Prezidenti yanında #sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzaladıq. pic.twitter.com/9NTRY1NqQN
— Orkhan Mammadov (@MammadovOrkh) August 1, 2022
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...