Azərbaycan-Özbəkistan əlaqələrində YENİ DÖVR
"Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir".
BAKU.WS xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
O bildirib ki, budəfəki səfərin əsas xüsusiyyətlərindən biri siyasi müttəfiqliyin iqtisadi məzmununun daha da gücləndirilməsinin prioritet istiqamətlərdən biri olmasıdır.
"Son illərdə ticarət dövriyyəsinin sürətlə artması, Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı investisiya layihələri, avtomobil istehsalı sahəsində əməkdaşlıq və regionlararası forumların keçirilməsi əlaqələrin artıq praktiki iqtisadi nəticələr yaratdığını göstərir.
Nəqliyyat və tranzit istiqaməti də xüsusi diqqət çəkir. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya, Xəzər hövzəsi və daha geniş Avrasiyanı birləşdirən marşrutların üzərində yerləşməsi hər iki ölkəyə logistika sahəsində mühüm imkanlar yaradır.
Səfər Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi etimaddan iqtisadi və regional inteqrasiyaya doğru dərinləşməsini, Azərbaycanın Mərkəzi Asiyada artan rolunu və Azərbaycan ilə Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlığın uzunmüddətli xarakter aldığını nümayiş etdirir", - deyə R.Bayramov qeyd edib.
Oxşar xəbərlər
Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki abidələrinin maketləri İlham Əliyevə təqdim edildi
"Yeni Daşkənd"də fəaliyyətə başlayan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə dahi Azərbaycan şairinin dünyanın müxtəlif ölkələrində ucaldılmış abidələ...