Azərbaycan Ordusunun iki əsgəri Laçında itkin düşdü - RƏSMİ

Azərbaycan Ordusunun iki əsgəri Laçında itkin düşdü - RƏSMİ
Siyasət 175

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

BAKU.WS Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.

Son xəbərlər