Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla birgə İstanbulda Sülhməramlılarının Kompüter Dəstəkli Komanda Qərargah Təliminin xüsusi müşahidəçi günündə iştirak edib.
BAKU.WS xəbər verir ki, tədbir Çoxmillətli Müştərək Müharibə Mərkəzi Komandanlığında həyata keçirilib.
Tədbirdə 17 ölkədən ümumilikdə 360 personal iştirak edib.
*** 11:17
Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Məlumata görə, görüş Ankarada baş tutub. Kərim Vəliyevin rəsmi qarşılanma mərasimindən sonra iki qərargah rəisinin görüşü keçirilib.
Genelkurmay Başkanı Orgeneral Metin GÜRAK, resmî davetlisi olarak Ankara’da bulunan Azerbaycan Cumhuriyeti Genelkurmay Başkanı ve Savunma Bakanı 1'inci Yardımcısı Orgeneral Kerim VELİYEV’i askerî törenle karşılamıştır. Törenin ardından iki komutan Genelkurmay Karargâhında bir… pic.twitter.com/ojLwEGgI6i
— TSK (@TSKGnkur) June 27, 2025
Oxşar xəbərlər
Malıbəyli və Quşçular qətliamından 34 il ötür
Bu gün Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğının növbəti ildönümü qeyd edilir. BAKU.WS xatırladır ki, bu qanlı hadisədən 34 il keçir. 1992-c...