Azərbaycan MN Rusiya MN-in yalanlarını bir-bir SADALADI

Azərbaycan MN Rusiya MN-in yalanlarını bir-bir SADALADI
Siyasət 278

Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb", - deyə nazirliyin məlumatında bildirilir.

Son xəbərlər