Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın qələbəsi geosiyasi vəziyyəti dəyişdi və yeni reallıqlar yaratdı:
"Birgünlük antiterror əməliyyatımız isə suverenliyimizi bərpa etdi və ərazilərimizdə separatizmin kökünü tamamilə kəsdi. Bu gün bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır. İşğaldan azad olunan ərazilərə həyat qayıdıb. Biz Ermənistan ordusunu məğlub etdik və bununla Azərbaycan xalqı fəxr edir. Biz müzəffər xalqıq".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...