Azərbaycan Laçında tutulan erməni hərbçini Ermənistana TƏHVİL VERDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.
A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.
Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.
Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - FOTO - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngila...