Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib
Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü" zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də "Beynəlxalq təlim məktəbi" haqqında tərəflərin təqdimatları dinlənilib.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
Oxşar xəbərlər
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir. BAKU.WS xəbər verir ki, bu fikirlər...