Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə təlim keçirəcək

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə təlim keçirəcək
Siyasət 121

Azərbaycan Hərbi Dəniz Qüvvələri bu ilin yay aylarında Xəzər dənizində hərbi təlimlər keçirəcək.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin HDQ-də keçirdiyi müşavirə zamanı təlimlərə hazırlıq məsələləri müzakirə olunub.

Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycana məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Son xəbərlər