Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib - RƏSMİ BAKI
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanın mövqeyi hər zaman aydın və prinsipial olub. Rusiya-Ukrayna müharibəsinin başlanmasından etibarən ölkəmiz həm Rusiya, həm də Ukrayna ilə münasibətləri səmərəli şəkildə qoruyub saxlayıb."
BAKU,WS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycan beynəlxalq hüquqa sadiqliyini qoruyaraq, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib:
"Bu ədalətli yanaşma qarşı tərəf tərəfindən həmişə anlayışla qarşılanıb."
Xarici işlər naziri qeyd edib ki, son dövrdə Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginlik AZAL-a məxsus təyyarənin vurulması və bu sahədə baş verən digər proseslərlə əlaqədardır.
Oxşar xəbərlər
Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər?
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və M...