Azərbaycan Gürcüstana başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan bu çətin zamanda Gürcüstanın yanındadır”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı İlya Darçiaşviliyə tviter hesabında ünvanladığı başsağlığında bildirib.
XİN başçısı Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması barədə xəbərdən çox kədərləndiyini qeyd edib: “Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.
Gürcüstanda Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...