Azərbaycan-Gürcüstan elektrik xətti zədələnsə də, qısa vaxtda bərpa edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib.
Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub".
Bu barədə BAKU.WS-ə “Azərenerji” ASC-dən məlumat verilib.
Bildirilir ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xətdə baş verən qəzanı aradan qaldırıblar.
Oxşar xəbərlər
Ermənistan “Skad” raketlərini Qarabağda “döyüş hazırlığı” vəziyyətinə gətirdi
Ermənistan Müdafiə Nazirliyi özünün YouTube kanalında Qarabağda son günlər vəziyyətin kəskinləşməsinə həsr olunmuş təbliğat roliki yerləşdirib. Virtualaz.org x...