Azərbaycan COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib.
Bu barədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin "X"dəki rəsmi hesabında bildirilib.
Qeyd olunur ki, Azərbaycanda keçirilmiş COP29 iqlim fəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: "Biz Bakıda başlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-dan COP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu təmin etmək məqsədi daşıyırıq. Belemdə COP30-a doğru irəliləyərkən, bizi bu günə qədər gətirən kollektiv səylərə hörmətlə yanaşırıq və bu kritik məqamda iqlim danışıqlarının növbəti mərhələsinə rəhbərlik üçün Braziliya rəhbərliyini dəstəkləməyə hazırıq".
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış məras...