Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat
Siyasət 368

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.

Report-un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Məzahir Mahmudova həvalə olunub.

V.Kərimov “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə ötən ilin ortalarından rəhbərlik edirdi. Buna kimi isə “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru olub.

Xatırladaq ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir.

Son xəbərlər