Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək
22
may
2026
12:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilməsi nəzərdə tutulur.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun baş direktorunun müavini Asa Regner ilə görüşüb. BAKU.WS AZƏRTAC-a istinadən xə...