Azərbaycan 40-dan çox erməni əsiri Ermənistana verib

Azərbaycan 40-dan çox erməni əsiri Ermənistana verib
Siyasət 394

40-dan çox erməni əsirin olduğu təyyarə bir neçə dəqiqə əvvəl İrəvanın Erebuni aerodromuna enib.

BAKU.WS APA-ya istnadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.

Ad - 00:28ƏTRAFLIOPTIMAL-BOSCHGünorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaq.

Oxşar xəbərlər

Son xəbərlər