AZAL-da yeni təyinat
17
may
2024
21:30
Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu təyinatadək Ə. Baxışov “Azərbaycan Hava Yolları”nda hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.
O vaxtadək Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank”ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...