Azadlığa çıxan Castindən İLK AÇIQLAMA - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl həbs edilən, daha sonra azadlığa buraxılan müğənni Castin Timberleyk ilk dəfə açıqlama verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o həmin an yaşadıqlarının həyatının ən çətin günləri olduğunu qeyd edib.
“Mənim üçün çox ağır günlər oldu. Bəzən sevilməsi çox çətin biri olduğumu bilirəm. Amma məni yenə də sevirsiniz. Biraz eniş-yoxuşlarımız oldu. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm” -deyə Timberleyk bildirib.
İfaçının yaxın qohumlarından birinin “People”a verdiyi açıqlamada Castinin həbsə düşdüyü zaman dəli olmağa başladığı və gecə sabaha kimi oyaq qaldığı qeyd edilib:
“O, həbsdə olarkən dəli olub və bütün gecə sabaha qədər oyaq qalıb. Yalnız bir şüşə içki içib”.
Xatırladaq ki, amerikalı müğənni sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Nyu-York ətrafında həbs edilmişdi. Hadisə iyunun 17-də axşam saatlarında Hemptonsda (Nyu-York ətrafı) baş vermişdi.
Qalereya
Oxşar xəbərlər
Azadlığa buraxılan Castinin həbsdən FOTOsu yayıldı
Azadlığa buraxılan məşhur müğənni Castin Timberleykin həbsdən fotosu yayılıb. BAKU.WS xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Long Island bölgəsində polislər...