Azad Rəhimovun vəzifəsini kim icra edir? - FOTO

Azad Rəhimovun vəzifəsini kim icra edir? - FOTO
Siyasət 511

Gənclər və İdman naziri vəzifəsini hazırda nazir müavini İntiqam Babayev icra edir.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.

1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci ildə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Azad Rəhimovun vəzifəsini kim icra edir? - FOTO

Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Son xəbərlər