Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır - Prezident

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır - Prezident
Siyasət 69

“Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarı ilə tanışlıq zamanı çıxışında deyib.

“Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır”, - dövlət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın

Son xəbərlər