Azad edilən ərazilərə qayıdacaq şəxslər işlə təmin olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azad edilən ərazilərə qayıdacaq şəxslər işlə təmin olunacaq.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Belə ki, yaşayış yerlərinə qayıdacaq işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi və qeydiyyatının təmini, yaşayış yerlərinə qayıdacaq şəxslər üçün fərdi məşğulluq proqramlarının tərtib olunması və işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin məşğulluğunun təmin edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azad edilən ərazilərə 2026-cı ilədək 34 500 ailə köçürüləcək
2026-cı ilədək azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Resp...