Aydın Mirzəzadə: "İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir"

Aydın Mirzəzadə: İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir
Siyasət 9

"Paşinyanın parlament seçkisində üstünlüyü Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıqların nəticəsi kimi qiymətləndirilə bilər".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Ermənistan cəmiyyəti 2020-ci ildən sonrakı reallığı qəbul etmək məcburiyyətindədir:

Aydın Mirzəzadə:

"Həmin cəmiyyət uzun illər faşist ideologiyasının təsiri altında qalıb. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya bu bəladan qurtuldu, Ermənistan da xilas olmalıdır. Rəsmi İrəvanın buna çox ehtiyacı var. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin, Azərbaycanın bütün platformalarda, istiqamətlərdə üstünlüyünün qələbəsi idi.

Ermənistan Azərbaycanla mehriban münasibətlər qurmalıdır. Rəsmi İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir. Konstitusiya müvafiq dəyişikliklər etməlidirlər. Azərbaycan və Türkiyə ərazilərinə olan iddialardan əl çəkilməlidir. Hər iki ölkə ilə mehriban qonşuluq əlaqələrinin qurulması şərtdir. Faşizm ideyası baş qaldırmamalıdır. Qarşılıqlı hörmət, əməkdaşlıq bu gün və sabah üçün əsasdır".

Son xəbərlər