Ayda gəzmək üçün lazım olacaq maşınlar belə görünəcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
NASA astronavtların Ayın cənub qütb bölgəsində gəzməsinə imkan verəcək “Lunar Terrain Vehicle”ın (Ayda sürüıə bilən maşın) hazırlanması üçün üç özəl şirkət seçib.
BAKU.WS “The New York Times”a istinadən xəbər verir ki, seçim “Intuitive Machines”, “Lunar Outpost” və “Venturi Astrolab”a olub. Bu şirkətlərin hər biri qarşıdakı 12 ay ərzində öz Ayda gəzinti konseptini hazırlayacaq.
Bundan sonra şirkətlər işləyən prototip yaratmaq hüququ uğrunda yarışacaqlar. Sonda NASA yalnız bir qalibi seçəcək.
Şirkətlər texnikalarının necə olacağını da göstərdilər. Bu, hazırda ilkin dizayndır, faktiki nəqliyyat vasitələrinin görünüşü fərqli ola bilər. Ehtimal olunur ki, belə avtomobil 15 km/saat sürət yığa biləcək və astronavtlara səkkiz saat ərzində tək şarjla idarə etmək imkanı verəcək.
Qalereya
Oxşar xəbərlər
Ermənistanda polis bölməsinə hücumun iştirakçıları məlum olub
İlkin məlumata görə, martın 24-də Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə hücum edənlər, “Milli Demokratik Qütb” təşkilatının üzvləridir. “Report” xəbər...