AXC-nin elan edildiyi bina bərpadan sonra belə olacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisi meriyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu binanın, indiki Gənclər Sarayının bərpası ilə bağlı bəzi layihə şəkillərini ictimaiyyətə təqdim edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, şəkillərə əsasən, layihə çərçivəsində tarixi binanın qapı-pəncərələri yenilənəcək və fasadının rəngi də dəyişdiriləcək.
Tikilinin arxa hissəsi də təmir-bərpa olunacaq, həyətinə yeni daş örtüklər döşənəcək, yaşıllıq sahələri salınacaq, yeni oturacaqlar və işıqlar quraşdırılacaq.
Qeyd edək ki, binanın təmir-bərpası layihəsinin dəyəri, təxminən 25 milyon lari (8,8 milyon ABŞ dolları) təşkil edir. Layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılacağı planlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Moskva meri “Azərbaycan” pavilyonunun açılışından yazıb - FOTO
Rusiya paytaxtının meri Sergey Sobyanin özünün “Twitter” səhifəsində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonun açılışından ya...