5 şəhər və rayonunda binaların dam örtüyünün təmirinə 21,7 milyon manat ayrılıb
04
fev
2019
18:37
Prezident İlham Əliyev fevralın 4-də "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamla 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 milyon 685 min 830 manatı Gəncə, Sumqayıt, Şəki, Şirvan, Qazax şəhər və rayonlarının icra hakimiyyətlərinə ayrılıb.Gəncədə 50, Sumqayıtda 263, Şəkidə 28, Şirvanda 30, Qazaxda isə 8 ədəd 3-5 mərtəbəli çoxmənzilli binanın dam örtükləri təmir olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı - 50 milyon manat ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzala...