Avtomobildəki çamadandan 5 kiloqrama yaxın narkotik tapıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Aydın Efeler bölgəsində polis avtomobildən 5 kiloqrama yaxın narkotik maddə aşkarlayıb.
BAKU.WS xəbər verir ki, əvvəl bölgə üzrə Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşlarına ərazidə narkotik satışı həyata keçiriləcəyi ilə bağlı məlumat daxil olub.
Daha sonra polislər tərəfindən izlənilən şübhəli avtomobil gecə saatlarında Umurlu bölgəsində dayanma əmri verilərək saxlanılıb.
Şöbəsinin əməkdaşlarını maşında xüsusi təlim görmüş itlə apardığı axtarışlardan sonra paltar çamadanında 4 kiloqram 900 qram metamfetamin, 2 sənədsiz tapança, 51 güllə aşkarlayıblar.
Avtomobildəki şəxslər İ.Ç., G.Ç. və M. A. dərhal nəzarətə götürülüblər.
Polis şöbəsində dindirilən şübhəlilər ifadə verdikdən sonra səhər saatlarında ədliyyəyə aparılıblar.
Oxşar xəbərlər
İtlə oynamaq əqlə yaxşı təsir edir
Cənubi Koreyanın Konkuk Universitetinin alimləri müəyyən ediblər ki, itlərlə qarşılıqlı əlaqə stressi tənzimləmək və konsentrasiyanı yaxşılaşdırmaqla əlaqəli sa...