Türkiyənin 74 vilayətində böyük əməliyyat, 3000-ə yaxın saxlanılan var - FOTO/VİDEO

Türkiyənin 74 vilayətində icazəsiz silah daşıyanlara və silah qaçaqmalçılarına qarşı böyük əməliyyat keçirilib.
BAKU.WS sondakika.com-a istinadən xəbər verir ki, əməliyyatlarda 2368 nəfər saxlanılıb, çoxlu silah-sursat ələ keçirilib.
Bu barədə danışan ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verərək bildirib ki, son 4 gündə 74 vilayətdə sənədsiz silah gəzdirənlərə və silah qaçaqmalçılarına qarşı həyata keçirilən əməliyyatlarda 1284 sənədsiz tapança, 37 uzun lüləli tüfəng, 170 sənədsiz ov tüfəngi ələ keçirildiib, 2 min 368 şübhəli şəxs nəzarətə alınıb:
"Xalqımızın dincliyini pozan və onlara silah verən mütəşəkkil cinayət təşkilatlarının izindəyik. Onları ədalət qarşısına çıxarmaqda qərarlıyıq".
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
