Avropa İttifaqından Ağdam-Əsgəran marşrutunun açılmasına reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın Ağdam-Əsgəran marşrutu ilə humanitar yük daşımasını qeydə aldıq”.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məlumat Avropa İttifaqı Şurasının saytında şuranın Prezidenti Şarl Mişelin sözçüsü Yekaterina Kasinj tərəfindən yayılan bəyanatın mətnində yer alır.
“Biz bu yeniliklə bağlı bütün həssaslıqları anlayırıq, hadisənin yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmalarının bərpası üçün təkan yaradacağını gözləyirik”, - o əlavə edib.
Aİ-nin bəyanatında həmçinin bildirilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son hadisələrin fonunda Azərbaycan və Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb, həmçinin sentyabrın 10-da Nyu-Delhidə G20 ölkələrinin sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndiyə keçidi sentyabrın 12-də baş tutub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...