Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.
"Report"un əldə etdiyi görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Qalereya
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...