Avropa çempionumuz cəbhədə döyüşür - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağın işğalçılardan azad olunması uğrunda döyüşlərdə Azərbaycan idmançıları da iştirak edir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında keçirilən dünya çempionatının qalibi Qalib Əliyevdir. Bu barədə məlumatı Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi yayıb.
Həmin məktəbin məşqçi müəllimi olan Qalib Əliyev yaralanıb. Əməliyyatdan uğurla çıxan Əliyev tezliklə silahdaşlarının yanına qayıdacaq.
Qeyd edək ki, digər idmançılarımızdan MMA döyüşçüləri - Tofiq Musayev, Bəxtiyar Abbasov, güləşçi Əfqan Xaşalov, həmçinin “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfovla Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da müxtəlif cəbhələrdə ordumuza xidmət göstərir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezi...