Avropa Birliyi Türkiyəyə yardım üçün yangınsöndürmə təyyarələri göndərəcək
02
avq
2021
08:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yangınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək.
BAKU.WS-in məlumatına görə, bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək.
Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, "Daha çox kömək etməyə hazırıq", - deyib.
Oxşar xəbərlər
Türkiyədə dəhşətli meşə yanğınlarından ürək ağrıdan GÖRÜNTÜLƏR - VİDEO
Türkiyədə dəhşətli meşə yanğınları davam edir. BAKU.WS xəbər verir ki, meşə yanğınları bu günə kimi Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman Maraş,...