Avstraliyadakı meşə yanğınları 4 ay sonra nəzarət altına alındı
14
fev
2020
09:58
Avstraliyada ötən ayın sentyabrından etibarən başlayan meşə yanğınlarını nəhayət dünən nəzarət altına almaq mümkün olub.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Yeni Şimali Uels əyalətinin Meşə Yanğınları Servisindən məlumat verilib.
Bildirilib ki, ötən həftə yağan güclü yağışlar yanğınların nəzarət altına alınmasına kömək edib.
Məlumata görə, Yeni Şimali Uels əyalətində ümumilikdə 11 mindən çox yanğın ocağı qeydə alınıb. Nəticədə 5,4 milyon hektarlıq ərazi və 2400 ev yanıb. 25 nəfər ölüb, milyonlarla heyvan tələf olub.
Oxşar xəbərlər
Çində koronavirusdan ölənlərin sayı 171-ə çatıb
Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyaya yoluxanların sayı bu gün axşam saatlarında 8152 nəfərə, ölənlərin sayı isə 171-ə çatıb. BAKU.WS...